BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün yeni imkan


Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Teleradio Akademiyası arasında imzalanmış memoranduma əsasən, tələbələr üçün qısamüddətli təlimlər təşkil olunur.


Nİtq mədəniyyəti üzrə təlimlər Teleradio Akademiyasının müəllimləri - əməkdar jurnalist Rafiq Həşimov, əməkdar artist Nərgiz Cəlilova, əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı, əməkdar artist Sevda Ağazadə tərəfindən keçiriləcək.

Rejissorluq təlimlərini Teleradio Akademiyasının müəllimləri, ali dərəcəli rejissorlar Elxan Məsumov, Əlimürsəl Hacızadə, montaj təlimini (II kurs tələbələri üçün) Teleradio Akademiyasının müəllimi Rəna Yunisli, qrafik dizayn təlimini isə Teleradio Akademiyasının müəllimi Hüseyn Hüseynov keçəcək.

Təlimlərə qatılmaq istəyənlər mayın 21-dək fakültənin Tədris tele-radio studiyasına müraciət edə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu