Yaponiyanın “The Nippon Foundation” rəhbər şəxsi və nümayəndə heyəti ölkəmizdə səfərdədir


25 aprel 2022 ci il tarixində Yaponiyanın Nippon fondunun direktoru Yokoo Norihiko, fondun layihə rəhbəri Miki Nozaki və məsul şəxs Mariko Toyohira ölkəmizə səfər ediblər.


Səfərin əsas məqsədi cari ilin iyun ayının 24-25-i Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyası və Yaponiyanın Nippon fondunun birgə təşkilatçılığı ilə keçiriləcək Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illik yübileyinə həsr olunmuş “True Color Festival”a hazırlıq işləri, festivalın proqramı və iştirakçıları ilə tanış olmaqdır.

Eyni zamanda Nippon fondu, Milli Abilimpiya Federasiyası və Yaponiyanın Azərbaycandakı səfirliyi ilə gələcək əməkdaşlıq mövzusunda görüşlər keçiriləcək. Səfər çərçivəsində Nippon fondunun nümayəndə heyəti Milli Abilimpiya Federasiyasının fəaliyyəti və dövlətimiz tərəfindən əlilliyi olan şəxslərin peşə bacarıqlarının və istedadlarının artırılması üçün yaradılmış şəraitlə tanış olacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu