Həndbol millimiz iranlı baş məşqçiyə tapşırılır

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinə iranlı baş məşqçi təyin olunacaq.
"Report"un əldə etdiyi məlumata görə, yığma Nasser Salimiyə tapşırılacaq.
Mütəxəssis komandanı Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıracaq. Bir müddət əvvəl Bakıda olan baş məşqçi idmançılarla və şəraitlə tanış olub. Mayın 1-də onunla müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Hikmət Abdullayev 2019-cu ildə ürək tutmasından vəfat etmişdi. V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda olacaq.