Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı elektron informasiya sistemi hazırlanır
"Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı elektron su təsərrüfatı informasiya sistemi hazırlanır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.
Onun sözlərinə görə, sistemi “ASAN Xidmət” hazırlayır və mərhələli şəkildə istifadəyə veriləcək: "Fəaliyyət planı çərçivəsində 25 yeni avtomat hidroloji stansiyalar qurulub. Onlardakı məlumatlar onlayn şəkildə sistemə yönləndiriləcək".