Bir qrup azərbaycanlı Almaniyadan deportasiya edildi
Bugün səhər saatlarında bir qrup Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib.
Sığınacaq istəyi rədd edilən və Almaniyada qanunsuz yaşayan Azərbaycan Respublikası vətəndaşları səhər saatlarında yaşadıqları ünvanlardan Münhen şəhər hava limanı yaxınlığındakı deportasiya mərkəzinə gətiriliblər. Daha sonra onlar polis və miqrasiya əməkdaşların müşayiəti ilə təyyarəyə mindiriliblər.
Məlumatda deyilir ki, deportasiya olunan şəxslərin əksəriyyəti 2016-2019-cu illərdə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə sığınacaq üçün müraciət edən və bu dövr ərzində dəfələrlə rədd cavabı alan şəxslərdir. Deportasiya olunan şəxslərin dəqiq sayı barədə məlumat verilməsə də, onların 15 nəfərə yaxın olması təxmin edilir.
Məlumat üçün bildirək ki, bu, 2022-ci il başlayandan Azərbaycan vətəndaşlarının Almaniya Federativ Respublikasından ikinci kütləvi deportasiyasıdır. (Report)