Almaniyadan deportasiya ediləcək azərbaycanlı özünə xəsarət yetirib
Almaniyadan deportasiya ediləcək şəxs özünə xəsarət yetirib.
“Report”un Avropa bürosunun məlumatına görə, Azərbaycan Respublikasının vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya idarəsi və polis əməkdaşlarının gözü önündə özünə xəsarət yetirib.
O, deportasiyaya etiraz edərək, ülgüclə qol damarlarını kəsib. Hadisə yerinə təcil yardım çağırılıb, yaralı xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, İ.Ələkbərovun vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, növbəti günlərdə də Almaniyadan azərbaycanlıların kütləvi deportasiyayı nəzərdə tutulur. Bu məqsədlə Almaniyada sığınacaq istəyi rədd edilən və barəsində deportasiya qərarı çıxarılan şəxslər polis və miqrasiya idarəsinin müşayiəti ilə Düsseldorf və Münhen hava limanlarının yaxınlığındakı xüsusi mərkəzlərə gətirilirlər.