Ukraynanın daha 4 yaşayış məntəqəsinə “qəhrəman şəhər” fəxri adı verilib


Ukraynanın daha 4 yaşayış məntəqəsinə “qəhrəman şəhər” fəxri adı verilib.


Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Fərmana əsasən, “qəhrəman şəhər” fəxri adı Kiyev vilayətinin Buça, İrpen şəhərləri, həmçinin Nikolayev vilayətinin eyniadlı şəhəri və Sum vilayətinin Axtırka şəhərlərinə verilib.

Qeyd edək ki, daha öncə V.Zelenski Xarkov, Çerniqov, Mariupol, Qostomel, Volnovaxa və Xersona da “qəhrəman şəhər” fəxri adını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu