Rusiya Belarusu müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə təxribat törədib


Rusiya təyyarələri Belarusun Silahlı Qüvvələrini müharibəyə cəlb etmək üçün Ukrayna ilə sərhəddə yerləşən Belarus yaşayış məntəqəsini atəşə tutub.


Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı məlumat yayıb.

Bildirilir ki, Rusiya aviasiyası bu məqsədlə Ukrayna-Belarus sərhədi yaxınlığında yerləşən Kopani qəsəbəsinə hava zərbəsi endirib.

"Bu, təxribatdır. Məqsəd Belarus Silahlı Qüvvələrini Ukrayna ilə müharibəyə cəlb etməkdir", - məlumatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu