Azərbaycan Belarusla neytral meydanda oynayacaq

Azərbaycan millisinin Belarusla səfər oyunu neytral meydanda keçiriləcək.
Bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Belə ki, qitə futbol qurumu Belarus yığmasının bütün oyunlarını neytral meydanda və azarkeşsiz keçirməsi barədə qərar verib. Nəticədə yığmamızın Millətlər Liqasında Belarusa qarşı keçirəcəyi səfər oyunu neytral stadionda olacaq.
Qeyd edək ki, Belarus – Azərbaycan görüşü C liqasının III qrupu çərçivəsində iyunun 6-da oynanılacaq.