BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı


Fevralın 24-dən Ukraynada davam edən hərbi əməliyyatlar zamanı azı 136 nəfər həyatını itirib.


AFN.az Reporta istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Elizabet Trossel bildirib.

Onun sözlərinə görə, onlardan 13-ü uşaqdır. Trossel, həmçinin qeyd edib ki, 400 nəfər, o cümlədən 26 uşaq xəsarət alıb.

Trossel ölən və yaralananların real sayının daha çox olduğunu istisna etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu