Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!
Ukraynadakı hərbi vəziyyətlə əlaqədar Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC bu ölkədə olan bütün abunəçilərin ailə və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansına 50 AZN həcmində vəsait yükləyib.
Şirkətdən AFN.az-a verilən məlumata görə, abunəçilərə bu haqda müvafiq məzmunlu SMS göndərilib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir.