Həkimlərə bonusların hesablanmasında bəzi çətinliklər yaranıb - İTSA rəsmisindən açıqlama


"Bonusların hesablanmasında bəzi çətinliklər baş verib"


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil mərkəzinin rəhbəri Araz Nəsirov jurnalistlərə açıqlamasında bildirib ki, səhiyyə sisteminin bazası üzərində mövcud personal ilə yeni iş sistemi qurulub: "Nəzarət sistemləri qurulub və bu sistem tədricən öz nəticəsini verəcək. Bununla da neqativ hallar aradan qalxacaq. Həyata keçirilən tədbirlər nəticəsində cəzalandırdığımız və işdən çıxarılan həkimlər var. Hazırda yeni sistemin oturmasına ehtiyac var. Yeni sistem performans əsaslı olduğu üçün hər ayın sonunda göstərilmiş xidmətlər yoxlanılır. Bunun nəticəsində həkimlər əmək haqqı və bonus alır. Bu sistemin oturması bir az zaman alır. Bonusların hesablanmasında bəzi çətinliklər baş verib, rayonlarda qeyri-tibbi personalın işində çətinliklər yaşandığını gördük. Buna görə bəzi avtomatlaşdırma işləri həyata keçirilib. Xidmətlərin yoxlanılması daha sürətli həyata keçirilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu