“Soyqırım Həqiqətlərinin Tanıdılması” İB layihə həyata keçirir


“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar regionlarda tədbirlərin təşkili” adlı layihə həyata keçirir.


Layihə rəhbəri Ayşən Hüseynova bildirib ki, layihənin əsas məqsədi regionlarda (İsmayıllı, Şirvan və Qəbələdə) Ermənilərin kabusuna çevrilən 38 yaşlı Milli Qəhrəman, Xocalı sakinlərinin təhlükəsizliyini təmin etməklə yanaşı erməni quldurlarının xain planlarını pozan Tofiq Hüseynov barəsində rayon gənclərinə ətraflı məlumat verməkdən ibarətdir.

A.Hüseynova onu da qeyd edib ki, "Xocalının Mixaylosu" adlanan kitabda Milli Qəhrəmanla bağlı ətraflı məlumatlar öz əksini tapıb ki, bu kitab vasitəsi ilə oxucular Tofiq Hüseynov barəsində dolğun məlumat əldə edəcəklər: "Həyata keçirilən tədbirlər gənclərin vətənpərvərlik ruhunda böyüməsinə zəmin yaradacaq, görülən işlər sosial şəbəkə vasitəsi ilə geniş ictimayyətə çatıdırlacaq və layihədən daha çox gəncin yararlanmasına xidmət edəcək.

Eyni zamanda layihə barəsində istər KİV-lərdə istərsə də dövlət TV-lərində reportajların yayımı həyata keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu