Regionlarda biznes qurmaq istəyənlər üçün YENİ LAYİHƏ




"İdrak" Elmin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, yaradılması və faydaları” adlı layihəyə start verib.



Layihən 3 ay müddətinə həyata keçirəcək. Layihənin əsas məqsədi kənd təsərrüfatı məhsul istehsalçılarına aqrar sahənin inkişafında, məhsul istehsalının artımına elmi yanaşmalar tətbiq etmək və fermerlərin maliyyə vəziyyətlərinin yaxşılaşdırılmasında kooperativlərin üstünlükləri, elm və biznes münasibətləri barədə məlumat vermək və bu mövzularda Salyan, Kürdəmir və Sabirabad rayonlarında informasiya məsləhət xidmətlərini təşkil etməkdir.

Birliyin sədri Mirintiqam Həsənov deyib ki, layihə müddətində müvafiq rayonlarda fermerlərin ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə ilkin olaraq sorğular həyata keçiriləcəkdir:

“Rayonlarda aparılmış sorğular əsasında təhlillər aparılaraq, ehtiyaclar müəyyənləşdiriləcək, ümumilikdə, Salyan, Kürdəmir və Sabirabad rayonlarında 150 fermerin iştirakı hər rayondan 50 nəfər olmaq şərti ilə təlimlər həyata keçiriləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu