"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər


"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər".


Bunu "Report"a açıqlamasında Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, layihənin rəhbərlik etdiyi komitənin yaz sessiyasının işlər planına daxil edilməməsinə baxmayaraq, sessiya müddətində tam hazırlanıb müzakirəyə çıxarılacağı istisna olunmur: "Qanun layihəsinin komitənin işlər planına salınmaması o demək deyil ki, parlamentdə müzakirə edilə bilməz. Əgər ehtiyac olarsa, qanun layihəsi işlər planına daxil edilə və parlamentin müzakirəsinə çıxarıla bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu