"Qalatasaray"a transferim son anda baş tutmadı" - Şehiç


"Qarabağ"ın keçmiş qapıçısı İbrahim Şehiç "Qalatasaray"a keçə bilərmiş.


Qol.az xəbər verir ki, bu haqda Bosniya və herseqovinalı qapıçı özü Türkiyə mediasına açıqlamasında bildirib. Hazırda "Konyaspor"da çıxış edən İbrahim Şehiç "Qalatasaray"a transferinin son anda baş tutmadığını deyib:

"Ötən yay "Qalatasaray"a transferim bitmək üzrə idi. Amma son anda detallarda razlııq əldə olunmadı. Nəticədə mən "Konyaspor"da qaldım.

Hazırda çox uğurluyuq. Baş məşqçimiz İlhan Palut ilə çox yaxşı yerlərə gəldik".

İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu