Tovuzda bacanağının fermasında qətl törədən şəxsə hökm oxunub


Gəncə Ağır Cinayətlər Məhkəməndə Tovuz rayonunda qətl törətməkdə təqsirləndirilən Elvin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


“Report”un əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Əhmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 8-i saat 01 radələrində Ceyrançöl qış otlaq sahəsinin Tovuz rayonunun ərazisinə düşən hissəsində yerləşən fermada qeydə alınıb.

İttihama görə, hadisədən bir gün əvvəl E.Əhmədov ailə üzvləri ilə birlikdə bacanağı Rahil Qeybalıyevə məxsus fermaya qonaq gedib. O, fermada yaşayan 1984-cü il təvəllüdlü İlqar Məmmədov və digər şəxslərlə birlikdə spirtli içki qəbul edib. Bu zaman İ.Məmmədov E.Əhmədovun ailə üzvlərinin yanında bacanağının ünvanına nalayiq ifadə işlədib.

Daha sonra onun İ.Məmmədovla arasında sözlü mübahisə yaranıb. Nəticədə E.Əhmədov İ.Məmmədovu mətbəx bıçağı ilə qətlə yetirib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

E.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu