“Mənim Auram” layihəsi yayıma başladı


Sosial məsuliyyət layihələri və qadınların yanında olması ilə tez-tez gündəmə gələn “Aura” brendi yeni layihəyə başlayıb.


Hər bölümündə xoş auraya malik üç xanımı - tanınmış gənc modelyer, Aynur Xəlilova, səyahət bloqqeri Jalə Ələkbərova və aktrisa Kəmalə Piriyeva kimi simaları gördüyümüz “Mənim auram” layihəsi Mənim Auram youtube səhifəsində yayıma start verib. İşlərinin peşəkarı olan bu xanımlar layihədə əsasən fərdi inkişaf, qadının iqtisadi azadlığı, uşaqların tərbiyəsi, sosial şəbəkələr və s. kimi müxtəlif aktual mövzular ətrafında maraqlı müzakirələr aparır və öz dünyagörüşü, həmçinin təcrübələrinə əsaslanaraq həmcinslərinə faydalı məsləhətlər və motivasiya verirlər.

Maraqlı və fərqli formata malik layihə təkcə xanımların deyil, hər kəsin diqqətini cəlb edib. Həyatının çətin dönəmini yaşayan, mühüm qərar qəbul etməli olan və ya əvvəlki həyat eşqini geri qaytarmağa çalışan qadınlar bu layihə sayəsində motivasiya qazanırlar. Layihə insanlara motivasiya və faydalı məsləhətlər verməyi, mənəvi dəstək olmağı hədəfləyir.

Xatırladaq ki, “Aura” Azərbaycanın gigiyenik kağız məhsulları istifadəsi vərdişlərində yeni səhifə açmış, istehsal etdiyi hər məhsulda komfort və sağlamlıq bəxş edən bir premium kağız markasıdır. Azərbaycanın tualet kağızı və kağız dəsmal bazarında lider olan “Aura” markası bu gün ailəsinin sağlamlığı və rahatlığının qeydinə qalan Azərbaycan xanımlarının əsas seçimidir.

Mənim Auram Youtube kanalı: [media=https://www.youtube.com/channel/UCT4NS8ccpFpPilolstgsG8Q/videos]

Mənim Auram instagram səhifəsi: https://www.instagram.com/menimauram/




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu