Ticarət obyektlərində paltar dəyişmə otaqlarının fəaliyyətinə icazə veriləcək
Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək.