Ağcabədidə ev yanıb, keçmiş polis əməkdaşı və ailə üzvləri yanaraq ölüb
Ağcabədi rayonunun fərdi yaşayış evində yanğın olub.
Hadisə gecə saatlarında Hindarx qəsəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Nəticədə evdə 3 nəfər - 1990-cı il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, onun 10 aylıq oğlu Kərimov Pünhan Miri oğlu və 1994-cü il təvəllüdlü Kərimova Halə İsa qızı yanaraq ölüb.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, K.Kərimov keçmiş polis əməkdaşı olub. O, 6 ay əvvəl öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.