Azərbaycanda "buster" doza ilə vaksin olunanların sayı 700 mini ötüb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 072 vaksin vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 842, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 748 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 267 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 047 093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 519 516, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 700 569 təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu