Azərbaycanda vaksin olunanların sayı 6,4 milyonu keçib


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 232 vaksin vurulub.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54 063, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 169 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 419 537, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 884 713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 534 824 təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu