Klub sahibi futbolçunu oyuna çatdırmaq üçün 120 min avrosundan keçdi


“Vest Hem” klubunun sahibi Devid Sallivan komandanın hücumçusu Maykl Antonionu Yamaykadan İngiltərəyə tez qaytarmaq üçün şəxsi təyyarəsini göndərib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. Sallivan hücumçunu Londona bir gün daha tez gətirmək üçün şəxsi təyyarəsini Yamaykaya göndərib. Antonionun Londona gətirilməsi klubun sahibinə 120 min avroya başa gəlib.

Sallivan yamaykalı futbolçunun komandaya tez qoşulması və şənbə günü “Vulverhempton”a qarşı keçiriləcək Premyer Liqa matçına daha yaxşı hazır olması üçün bu addımı atıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu