Paralimpiya komandasının baş məşqçisinə mənzil verildi


Azərbaycan paralimpiya hərəkatının fəallarından biri, cüdo üzrə qadınlardan ibarət paralimpiya komandamızın baş məşqçisi, gözdən əlilliyi olan Ramin İbrahimov mənzillə təmin edilib.


Ona mənzilin sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov təqdim edib.

V.Behbudov Ramin İbrahimovun da paralimpiya nailiyyətlərinin, o cümlədən, Tokioda tarixi uğurların qazanılmasına öz töhfəsini verdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu