Ronaldo 5-ci dəfə ata olacaq - FOTOLAR


“Mançester Yunayted”in oyunçusu Kriştiano Ronaldo 5-ci dəfə ata olacaq.


Bu barədə Ronaldo vətəndaş nikahında yaşadığı həyat yoldaşı Corcina Rodriqezlə birlikdə rəsmi İnstaqram səhifəsində məlumat verib. Cütlüyün əkiz övladı doğulacaq. “Hola” nəşrinin məlumatına görə, Corcina hamiləliyinin 12-ci həftəsindədir.

Qeyd edək ki, 36 yaşlı futbolçunun Kriştiano adlı 11 yaşlı oğlu, Yeva və Mateo adlı əkiz övladı, Alana Martina adlı 4 yaşlı qızı var. Alana Ronaldo ilə Corcinanın ilk birgə övladıdır. Futbolçunun digər uşaqlarını surroqat ana dünyaya gətirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu