Saakaşvilinin ukraynalı vəkili Gürcüstana buraxılmadı


Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşoveç Gürcüstana buraxılmayıb.


“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Qruşoveç bir gün əvvəl Ukraynanın Ombudsmanı Lyudmila Denisova ilə birlikdə Tbilisiyə uçub.

Ombudsman ölkəyə buraxılsa da, vəkillə bağlı problem yaranıb və o, geri qaytarılıb.

Qruşoveç isə öz feysbuk hesabında paylaşım edərək bildirib ki, onun Gürcüstana hansı səbəbdən buraxılmadığı izah olunmayıb. Onun pasportu götürülərək ekipaj komandirinə verilib. O, Kiyevə pasportu olmadan geri qayıdıb.

Gürcüstanın rəsmi qurumları məsələ ilə bağlı hələ ki, açıqlama verməyiblər.

Ukraynanın Ombudsmanının sözlərinə görə, insidentlə bağlı müvafiq orqanlara müraciət edəcək.

Qeyd olunur ki, L.Denisova Saakaşvili ilə görüşmək üçün hazırda onun saxlanıldığı 12 saylı Rustavi həbsxanasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu