“Nazim İbrahimova cinayət işi açılmalıdır” - vəkil


20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib.


Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə R.Əkbərovun vəkili Taleh İbrahimov çıxış edərək bildirib ki, müvəkkilinin bu cinayətə adiyyatı yoxdur: “Rövşən Əkbərov törətmədiyi cinayətə görə burada mühakimə olunur. Lakin bir nəfər də ifadəsində hadisənin Rövşən Əkbərov tərəfindən törədildiyini deməyib. İfadə verənlərdən heç biri hadisəni görməyib".

T.İbrahimov qeyd edib ki, Nazim İbrahimov əvvəlki 4 ifadəsində Rövşən Əkbərovun adını çəkməsə də, sonuncu ifadəsində Əkbərovun cinayəti ona etiraf etiyini deyib: “İndiyə qədər bu adam cinayət barədə niyə hüquq-mühafizə orqanlarına məlumat verməyib?! Nazim İbrahimov barəsində cinayəti bilib gizlətdiyi üçün cinayət işi başlanmalıydı. Yalan ifadə verdiyi üçün barəsində cinayət işinin başlanmasını tələb edirik”.

Həmçinin oxuyun: Qətli Rövşən Əkbərov törədib - Orucəli Hacıyevlə Nazim İbrahimovun ifadəsi

Rövşən Əkbərov Nazim İbrahimovla üzləşdi - “Kişiliyi olan yalan danışmaz”

Sonda vəkil Rövşən Əkbərov barəsində bəraət hökmü çıxarılmasını tələb edib.
Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

İttihama görə, Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərində “Sikora” kafesinin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış münaqişə səbəbindən onu hərbi xəncərlə vuraraq öldürüb.

Xatırladaq ki, daha öncəki məhkəmə proeseslərində çıxış edən vəkillərin sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov hadisə olan zaman verdiyi ifadələrində qətli kimin törətdiyini bilmədiyini desə də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Əkbərovun öldürdüyünü bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu