Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər


General Rövşən Əkbərovun həbsi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov üçün ciddi başağrısına çevrilə bilər.

Generalın ittiham olunduğu qətl hadisəsində Nazim İbrahimovun ad adı keçir.

Rəsmən təsdiqlənməsə də, Rövşən Əkbərovun iş adamı Elçin Əliyevin qətlində ittiham edildiyi bildirilir. Elçin Əliyev 2001-ci ildə Ukraynanın paytaxtı Kiyevdə qətlə yetirilib. Mərhumun anası Səmayə Əliyeva oğlunu Rövşən Əkbərovun qətlə yetirdiyini deyir. O, hadisədə, həmçinin, Nazim İbrahimovu ittiham edir.

Səmayə Əliyeva HİT.Az-a açıqlamasında bildirib ki, artıq onu prokurorluğa çağıraraq dindiriblər. "İki gündür bu işlə bağlı çağırırlar. Deyəsən, ədalətin zəfər çalmasına az qalıb. Mən də hadisə barədə bildiklərimi dedim. 20 ildir bu barədə danışmadığım mətbuat orqanı qalmayıb. Jurnalistlərə təşəkkür edirəm. Dediklərimi həmişə işıqlandırıblar. Ümid edirəm ki, iş obyektiv araşdırılacaq və günahkarlar, nəhayət, cəzasına çatacaq”, - deyə Səmayə Əliyeva əlavə edib.

O, prokurorluqda Nazim İbrahimovun da bu məsələdə təqsirkar olduğunu deyib: "İşin başında Rövşən Əkbərov dayanır. Ancaq onunla yanaşı, Nazim İbrahimov da bu işdə günahkardır”.

Səmayə Əliyevanın prokurorluğa çağırılaraq ifadəsinin alınması Rövşən Əkbərovun qətl hadisəsinə görə həbs olunması barədə iddaların əsassız olmadığına şübhələri artırır. Bu halda həmin vaxt Ukraynda Azərbaycanın səfiri olan Nazim İbrahimovun da məsuliyyətə cəlb olunacağı istisna edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu