Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlib
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlib.
Səfər çərçivəsində T.Klaar ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Görüşlər zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq, aktual regional məsələlər müzakirə olunacaq.
Aİ-nin xüsusi nümayəndəsi Bakıdan sonra Tbilisi və İrəvana səfər edəcək.