Məşqçisi Nəriman Abbasov üçün nə istədi? - "Sahib çıxsınlar"


"Nəriman Abbasov qalib gəldi. İndi xalq igidinə sahib çıxsın. Yeni idman nazirimiz də gəlib. Bu gözəl oğlanı nəzərə alsınlar".


Fanat.Az-ın məlumatına görə, bu fikirləri MMA döyüşçüsü Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis azərbaycanlı iş adamlarına da müraciət edib: "Çıxsınlar, bizim qonşu ölkələr kimi, bu gözəl oğlana bir maşın hədiyyə etsinlər. O, buna layiqdir".

Qeyd edək ki, Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurovu məğlub edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu