Qılıncoynatma Avropa Oyunlarının proqramına qayıdıb


Qılıncoynatma yenidən Avropa Oyunlarının proqramına daxil edilib.


Bu barədə Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək sayca 3-cü yarışda bu idman növü üzrə də mübarizə gedəcək.

Qeyd edək ki, qılıncoynatma 2015-ci ildə Bakıda təşkil olunan ilk Avropa Oyunlarının proqramında yer alsa da, 2019-cu ildə Belarusun paytaxtı Minskdəki yarışın proqramından çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu