Güləşçimiz qızıl medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub.
67 kq-da çıxış edən təmsilçimiz finalda qazaxıstanlı Qoşqar Məhəmmədlə üz-üzə gəlib.
Rəqibini 7:5 hesabı ilə məğlub edən Həsrət Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.