OPEC+ hasilatın bərpa edilməsi planının saxlanılmasını tövsiyə edib


OPEC+ Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclası bir saat davam etmədən başa çatıb.


“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, nazirlər OPEC+ ölkələrinə neft hasilatının hər ay sutkada 0,4 milyon barel artırılması ilə bağlı iyul ayında qəbul edilmiş plana riayət etməyi tövsiyə ediblər.

Xatırladaq ki, OPEC+ koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalması səbəbindən keçən ilin may ayından bu yana hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Vəziyyət sabitləşdikcə razılaşmaya korrektələr edilib. 2021-ci ilin avqust ayından etibarən isə alyans hər ay hasilatı gündəlik 400 min barel artırır və 2022-ci ilin sentyabr ayının sonuna qədər tədarükü azaltmaq öhdəliklərindən tədricən geri çəkilməyə ümid edir. Bu ilin sentyabr ayı üçün bu, gündəlik 4,96 milyon barel təşkil edir.

Hamı üçün baza nöqtə 2018-ci ilin oktyabr ayı götürülübsə, Rusiya və Səudiyyə Ərəbistanı üçün bu, gündəlik 11 milyon barel həddi olub. Amma 2022-ci ilin may ayından etibarən Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Küveyt üçün neft hasilatının azaldılması üçün baza nöqtəsinin həcminin artırılmasına razılıq verilib. Rusiya və Səudiyyə Ərəbistanı üçün bu göstərici gündəlik 11,5 milyon barelə bərabər olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu