Qarabağ” “Aberdin”i darmadağın edərək qrup mərhələsinə çıxdı - VİDEO/YENİLƏNİB

Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib və qrup mərhələsinə vəsiqə qazanıb.
***
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək “Aberdin” (Şotlandiya) – “Qarabağ” matçı üçün heyətlər açıqlanıb.
Komandalar Bakı vaxtı ilə saat 22:45-də oyuna çıxıblar. “Qarabağ” 8-ci dəqidədə hesabı açıb. Toral Bayramlı fərqlənib.
***
Kadi Borqes "Qarabağ"ın 2-ci qolunu vurub.
Matçın birinci hissəsi başa çatıb.
***
İkinci yarı başlayıb.
***
Abdullah Zubir "Qarabağ"ın 3-cü qolunu vurub.
***
"Qarabağ" oyunçu dəyişikliyinə gedib. İsmayıl İbrahimli Filip Ozobiçlə əvəz olunub.