Bakıda tükürpədici qətl: Qadının əl-qolunu bağlayıb yandırdılar - VİDEO
Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb.
Hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb.
Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar.
Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib.
Hazırda faktla bağlı araşdırmalar gedir.
Mənbə: lent.az