Əkin sahəsinə bənzədilən “Tofiq Bəhramov”... - FOTOLAR


Son illərdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən "Qarabağ" demək olar ki, hər mövsüm eyni problemlə üzləşir. Ağdam təmsilçisinin avrokuboklarda ev oyununu keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyünün bərbad durumda olması komandanın baş məşqçisi Qurban Qurbanovla yanaşı, bu klubun azarkeşlərini də narahat edir.


Çünki ot ötyünün mövcud durumu təmsilçimizin istədiyi oyunu sərgiləyə bilməməsinə gətirib çıxarır. Bu da istər-istəməz komandanın nəticələrinə mənfi təsir göstərir.

Ölkənin bir nömrəli arenasında 2012-ci ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulsa da, mövcud durum göz qabağındadır. Artıq sosial şəbəkə istifadəçiləri də arenanın ot örtüyünün bərbad durumda olmasından şikayətlənərək buranı əkin sahəsinə bənzədirlər.

AFN xəbər verir ki, "Qafqazinfo"nun fotoqrafı Nuran Məmmədov "Qarabağ"ın qara bəxti olan meydançanın ot örtüyünün hazırkı durumunu lentə alıb.






















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu