Türkiyədə sel nəticəsində ölənlərin sayı 31-ə çatdı
![](/uploads/posts/2021-08/1628873305_1628792479_muz.jpg)
Türkiyədə sel fəlakəti nəticəsində daha 4 nəfər həyatını itirib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilir ki, bununla da həyatını itirənlərin sayı 31-ə çatıb. Onlardan 29-u Kastamonu, ikisi isə Sinopda həlak olub.
Bartında isə bir nəfər itkin düşüb. Axtarışlar davam edir.