Baş pediatrdan süni qidalarla bağlı açıqlama


“Ana südünün verilməməsi üçün əks göstərişlər az saydadır. QİÇS infeksiyasının daşıyıcısı olan ananın uşağa süd verməsi məsləhət deyil. Hepatit xəstəliyi olan anaların isə körpəsinə süd verməsinə əksər ölkələrdə icazə verilir”.


Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, doğumdan sonra körpəyə vaxtında peyvəndlər vurulubsa, onun əmizdirilməsi məqsədəuyğundur.

E.Rəhimov süni qidalarla bağlı səsləndirilən narazılıqlara da aydınlıq gətirib: “Bəzi körpələr olur ki, məcburiyyət qarşılığında ona əlavə süni qida verilməlidir. Ana stresli deyilsə və kifayət qədər maye qəbul edibsə, südü bol olacaq. Bəzən süd gələ bilir, lakin yetərsiz olur. Nəticədə körpədə şəkər azlığı yarana bilər. Anaya məlumat verilmədən, onun razılığı alınmadan süni qida verilməsi düzgün deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu