Güləşçilərimiz təsəlliverici görüşlərə qatılacaq
Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün güləş yarışlarında uduzan Azərbaycan güləşçiləri Rafiq Hüseynov (77 kq) və Elis Manolova (68 kq) təsəlliverici görüşlərə qatılacaqlar.
İmançılarımızın uduzduğu rəqibləri finala çıxdığından hər ikisi təsəlliverici görüşlərə qatılacaq.
Rafiq Hüseynovun rəqibi tunisli Lamjed Maafi olacaq.
Elis Manolova isə Meerim Jumanazarovaya (Qırğızıstan) qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.(Qafqazinfo)