Xalq artistindən Türkiyə ilə bağlı gözəl təşəbbüs


Xalq artisti Tünzalə Ağayeva Türkiyədə baş verən yanğınla əlaqədar gözəl təşəbbüs irəli sürüb.


Bu barədə Qaynarinfo-ya açıqlamasında müğənninin prodüseri Yalçın Cabbarov məlumat verib. O bildirib ki, müğənni qardaş ölkəyə kömək məqəsədi ilə 100 ağac tingi göndərmək istəyir:

"Bu təşəbbüsdür, inanırıq ki, biz istədiyimizə nail olacağıq, belə bir işi sona kimi görəcəyik. Təşəbbüsü artıq dəstəyənlər var - Murad Arif, Zamiq Hüseynov, Abbas. Siyahı böyüyür. Biz bunu etmək istəyirik".

Qeyd edək ki, Türkiyədə baş verən yanğın nəticəsində təbiətə, bitki örtüyünə böyük zərər dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu