"Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlim keçirilib


TƏBİB-in təşkilatçılığı ilə media nümayəndələri üçün "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlim keçirilib.


AFN xəbər verir ki, çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva istər 44 günlük Vətən müharibəsində, istərsə də COVID-19 virusu ilə mübarizə çərçivəsində media nümayəndələrinin əvəzsiz xidmət göstərdiyini bildirib. A.Əliyeva cəmiyyətin düzgün maarifləndirilməsi üçün sosial şəbəkələrdə yayılan informasiyanın mühüm əhəmiyyət daşıdığını qeyd edib. Departament rəhbəri TƏBİB tərəfindən həyata keçiriləcək layihələrin cəmiyyətə çatdırılmasında yaxından iştirak edən şərəfli peşə sahiblərinə təşəkkür edib.
Daha sonra çıxış edən Tibbi xidmətlər departamentinin əməkdaşı uzm.psixoloq Nərmin Osmanlı və psixiatr dr. Orxan Fərəcli “TƏBİB-in Psixososial dəstək fəaliyyətləri”, “Psixi sağlamlıqla bağlı əsas anlayışlar”, Həssas mövzularda xəbərin hazırlanması, “İntihar xəbərləri üçün tövsiyyələr” mövzularında geniş informasiya veriblər.
Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 N-li qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsini təmin etmək məqsədilə TƏBİB tərəfindən yaradılmış psixoloji yardım mərkəzləri 15.03.2021-ci ildən etibarən fəaliyyətə başlayıb. Psixoloji dəstək xidməti 7 regionda -Sumqayıt 3 saylı poliklinika, Gəncə 6 saylı poliklinika, Gəncə 3 saylı poliklinika, Quba, Şirvan, Lənkəran, Ağdam və Şəki Rayon Mərkəzi Xəstəxanlarında həyata keçirilir.
Fəaliyyətə başladığı tarixdən mərkəzlərdə göstərilən psixoloji xidmət üzrə statistik göstəricilər də açıqlanıb. Qeyd edilib ki, bu müddət ərzində 354
şəhid ailəsinə, 686 hərbçiyə, 156 nəfər terror qurbanına psixoloji yardım göstəriliv.
1542 Psixoloji Dəstək Xətti vasitəsilə pandemiya dövründə 1122 nəfər ictimaiyyət, 459 nəfər COVID 19 ilə yoluxmuş şəxslərə, 301 nəfər psixoloji problemlərdən əziyyət çəkən şəxslərə psixoloji yardım göstərilib. Bundan başqa, ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib.
Sonda jurnalistlər tərəfindən ünvanlanmış suallar cavablandırılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu