"Ordumuz yaxın günlərdə Ermənistanın təxribatçı addımlarına layiqli cavab verəcək" - Ekspert


"Hazırda kifayət qədər yüksək mənəvi, psixoloji ruh yüksəkliyinə malik olan Azərbaycan Ordusu yaxın günlərdə Ermənistan silahlı qüvvələrinin təxribatçı addımlarına layiqli cavab verəcək”.


Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bunun üçün ordumuzun kifayət qədər güc, imkan və potensiala malik olduğunu vurğulayıb: "Ermənistan tərəfinin son günlərdə həm Azərbaycan-Ermənistan sərhəddində, həm də Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması artıq ənənəvi hal alıb. Bu fəaliyyətlərlə Ermənistan bir daha 3 tərəfli birgə bəyanatın şərtlərni yerinə yetirmək fikirində olmadığını nümayiş etdirir”.

Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın bu atəşkəs rejiminin pozulmasında əsas məqsədi münaqişəyə digər tərəfləri cəlb etməkdən ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu