Qırmızı Bazar istiqamətində yenidən yanğın olub


Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.


AFN Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğının söndürülməsi istiqamətində dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla Nazirlik tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınaraq söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu