Tikinti sahəsindən qumbara tapıldı


Zaqatalada tikinti işləri aparılan ərazidə qumbara tapılıb.


Bu gün axşam saatlarında şəhərin H.Əliyev prospekti, ev 69 ünvanında ünvanda qazıntı işləri aparan zaman torpağın 3-4 metr dərinliyindən qumbara tapılıb.

Əraziyə rayon hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı məlum olub ki, qumbara ötən əsrin ortalarına və ya daha da əvvəllki illərə aiddir.

Qeyd edək ki, tapılan qumbaranın hansı illərə aid olduğunu müyyənləşdirmək üçün sabah həmin əraziyə ANAMA əməkdaşları cəlb olunacaq.

Mübariz Muradov



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu