Rəqib komandada koronavirus aşkarlandı millimizin oyunu təxirə salındı


Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin Andorra ilə oyunu koronavirusa görə ləğv olunub.


AFN-in xəbərinə görə, “IHF/EHF Trophy 2021” turnirində mübarizə aparan komandamız andorralılarla 5-ci yer uğrunda iki matç keçirməli idi. Amma rəqib komandanın bir oyunçusu koranavirusa yoluxub. Andorra millisi bu səbəbdən karantinə alınıb.

Təşkilatçılar isə turnirin reqlamentinə dəyişiklik etməli olub. Qərara alınıb ki, qruplarında sonuncu yeri tutan Azərbaycan və Andorra millilərinin iki matçdan ibarət 5-cilik dueli bir oyunla əvəz edilsin.

Qeyd edək ki, Azərbaycan yığması qrupda Gürcüstana 16:36, Moldovaya 16:28 hesabı ilə uduzub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu