Azərbaycan Olimpiadaya daha bir lisenziya qazandı

Azərbaycan tarixdə ikinci dəfə Yay Olimpiya Oyunlarında triatlonda təmsil olunacaq.
Milli komandamızın lideri Rostislav Pevtsov lisenziya uğrunda gərgin mübarizədə Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb.
Olimpiya reytinqində 46-cı olan Rostislav olimpiadaya lisenziyanı təmin edib.
Pevtsov 12 may 2018 - 14 iyun 2021 və 4 yanvar 2021 - 15 iyun 2021 tarixlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 28 beynəlxalq turnirdə iştirak edib.