Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirin qalibi oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic " turnirinin qalibi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov olub.
O, fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib və xallarını 6-ya yüksəldərək rəqibləri üçün əlçatmaz olub.
Digər şahmatçımız Teymur Rəcəbov isə erməni Levon Aronyanla üz-üzə gəlib və bərabərliyə razılaşıb. O, turniri 4,5 xalla başa vurub.