ABŞ 30 ildən sonra ilk dəfə İrandan neft idxal etdi
![](/uploads/posts/2021-05/1622278571_1622268937_neft1.jpg)
İran İslam Respublikası 1991-ci ilin noyabrından ilk dəfə ABŞ-a gündəlik 33 min barel həcmdə neft ixrac edib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, İran sonuncu dəfə 1991-ci ilin noyabrında ABŞ-a neft ixrac edib. Həmin vaxt təchizatın gündəlik həcmi 64 min barel təşkil edib.
Öz növbəsində Rusiya da ABŞ-a neft və neft məhsullarının ixracını fevralla müqayisədə 1,8 dəfə - 22,94 milyon barelə qədər artırıb. Beləliklə, Rusiya yanacağın həcminə görə ikinci yerə yüksəlib. Siyahıda birinci yeri Kanada (139,87 milyon barel) tutub. Üçüncü yerdə 17,62 milyon barellə Meksika qərarlaşıb.