Lukaşenko Azərbaycan nümayəndə heyətini təbrik edib
Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 28-də Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
“Report” MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovun da iştirak etdiyi tədbirin əvvəlində A.Lukaşenko Azərbaycan nümayəndə heyətini 28 May – Respublika Günü münasitəbilə təbrik edib.
Bundan sonra o, tədbir iştirakçılarını salamlayıb və nitqi ilə çıxış edib.