Rafael Ağayev: "Anam final zamanı məni cənnətdən izləyəcək"


"Əminəm ki, final zamanı anam məni cənnətdən izləyəcək".


"Report"un məlumatına görə, bunu Xorvatiyanın Poreç şəhərində keçirilən karate üzrə Avropa çempionatında finala yüksələn Azərbaycan təmsilçisi Rafael Ağayev deyib.

36 yaşlı təcrübəli idmançı iki əvvəl ay əmisinin, ondan bir ay sonra isə anasının vəfat etdiyini xatırladıb: "Ötən il zədədən qurtulmaq üçün əməliyyat olundum. Bu, artıq 4-cü diz əməliyyatım idi. İnsanlar bunu anlamaya bilər. Amma finala vəsiqə qazanmaq məni çox xoşbəxt etdi. Qalib gəlsəm, qələbəmi anama həsr edəcəyəm.

Ağayev karyerası haqqında bunları söyləyib: "İnsanlar qocaldığımı söyləyə bilər. Hər kəsə hörmət edirəm və bu fikirlərdən incimirəm. Mənim üçün vacib olan öz düşüncələrimdir. Karate mənim həyatımdır. Həyatımı bu idmana həsr etmişəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu